Qəbul saatları
-
- Həftəiçi hər gün
saat 09:00-dan 18:00-a qədər
- Həftəiçi hər gün
Əlaqə
-
Tel: +994 55 211 55 79
Estetik Cərrahiyyə
İnsanın yaşını ən çox göstərən üz bölgələrindən biri də alın və ətrafıdır. Bu nahiyədə bəzən genetik faktorlara, bəzən də stress kimi faktorlara görə qırışlar yarana bilər. Bu vəziyyətdə alın və alınətrafı gərmə əməliyyatı lazım gəlir. İnsana daha gənc görünüş vermək üçün tətbiq edilən əməliyyatdan 40 yaşdan yuxarı bir çox insan faydalana bilər.
Alkoqol və tütün məmulatlarının istifadəsi, tez-tez çəkinin dəyişməsi kimi faktorlar da alın nahiyəsində dərin qırışların yaranmasına səbəb ola bilər. Bu vəziyyətdən təkcə qadınlar deyil, kişilər də şikayətlənir.
Bu qırışlar insanda yorğun üz ifadəsinə səbəb olur. Çünki dəri elastikliyini itirir və aşağıya doğru dəri sallanması baş verir. Bu, üzdə və göz ətrafında yorğun ifadəyə səbəb olur.
Bu gün inkişaf edən tibbi texnologiyanın köməyi ilə alında olan cizgiləri aradan qaldırmaq mümkündür. Alnın daha dartılmış və cavan görünməsi üçün tək bir əməliyyat kifayətdir. Bir seansda alın və alınətrafı gərmə əməliyyatı ilə insanın sallanan dəri və dərin qırışlardan xilas olması mümkündür.
Alın və alınətrafı gərmə əməliyyatı ilə əlavə qaş qaldırma əməliyyatına ehtiyac yoxdur. Bu iki proses bir-birinə bağlıdır. Buna görə də qaş qaldırma əməliyyatı tələb olunmur.
Alın və alınətrafı gərmə əməliyyatında qaşların normal yerinə gətirilməsi də təmin edilir. Bu baxımdan xəstələr üçün son dərəcə sərfəli bir əməliyyat olduğunu söyləyə bilərik.
Alın və alınətrafı gərmə əməliyyatı qiymətləri ilə maraqlanırsınızsa, bizimlə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.
Alın və alınətrafı gərmə cərrahiyyəsinə kimlər uyğundur?
İlk öncə onu qeyd edək ki, alın qaldırma əməliyyatı 40 yaşdan yuxarı olanlar üçün uyğundur. Gənc xəstələr üçün müxtəlif müalicə variantları nəzərdən keçirilə bilər. Eyni zamanda bu əməliyyat cərrahi müdaxilədir. Ona görə də xəstənin əməliyyata mane olan sağlamlıq problemi olmamalıdır.
Hamiləlik və laktasiya dövründə əməliyyat tövsiyə olunmur. Bunlardan başqa cavan yaş qrupunda olan xəstələr isə daha gənc görünüş üçün əməliyyata üstünlük verə bilər. Qeyd etmək lazımdır ki, xroniki yorğun üz ifadəsi olan xəstələr üçün ideal cərrahi seçimdir.
Alın və alınətrafı gərmə əməliyyatı nə qədər davam edir?
Əməliyyatın müddəti hər xəstə üçün eyni olmaya bilər. Xüsusilə dərinin sallanma dərəcəsi əməliyyatın müddətini də müəyyən edir.
Ümumiyyətlə, əməliyyat 1-2 saat ərzində tamamlanır. Dərinin həddindən artıq sallanması zamanı dərinin bir hissəsi kəsiklə çıxarılır. Belə hallarda əməliyyat daha uzun çəkir.
Endoskopik üsulla edilən əməliyyatlarda əməliyyat daha qısa müddətdə tamamlana bilir. Əməliyyatdan əvvəl həkiminiz bu barədə sizə məlumat verəcəkdir.
Əməliyyat Prosesi
Alın və alınətrafı gərmə əməliyyatı insanda kifayət qədər yorğun bir görünüş yaradan problemi aradan qaldırır. Əməliyyat prosesi haqqında bilməli olduqlarınız:
Bu əməliyyat ümumi anesteziya altında həyata keçirilir.
Əməliyyatın məqsədi xətlərin dərinliyini azaltmaqdır.
Əməliyyat qaşların qaldırılmasında təsirli olur. Belə ki qaşlar gerilərək yerinə qaldırılır.
Eyni zamanda, göz qapağının kənarındakı xətlər minimuma endirilir.
Həddindən artıq sallanması olan xəstələrdə dərinin bir hissəsinin çıxarılmağı lazım ola bilər.
Kəsik yarasının saç xəttinin təxminən 5 sm arxasında olması təmin edilir, alın və qaşlar balanslı bir görünüş qazanır
Kəsik yarasının ətrafında müvəqqəti uyuşma yarana bilər.
Dəri sallanması çox olmayan xəstələrdə endoskopik alın gərmə əməliyyatı edilə bilər.
Çox vaxt endoskopik texnikada hissiyat itkisi olmur.
Dəridə kəsik olduğu halda kəsik üzərinə tikişlər qoyulur və əməliyyat tamamlanır.
Əməliyyatdan sonrakı dövr:
Xəstələrin ən çox narahatlığı kliniki istirahətdir. Bu əməliyyatdan sonra xəstə həmin gün evə buraxıla bilər. Klinik şəraitdə istirahət tələb olunmur lakin bir neçə gün evdə dincəlmək tövsiyə olunur.
Yalnız nadir hallarda xəstə 1 gündən sonra evə buraxılır.
Əməliyyatdan sonra verilən sualları belə sıralaya bilərik:
Xəstədə əməliyyatdan sonra göz ətrafında şişlik və göyərmələr ola bilər.
Xüsusilə göz ətrafında şişlik və göyərmə müvəqqəti xarakter daşıyır və bir neçə gün ərzində yox olur.
Başa vurulan sarğı 2-4 gün qalır
Əməliyyatdan 1 həftə sonra tikişlər çıxarılır.
2 həftə sonra xəstə aktiv həyatına qayıdır, iş həyatına qayıda bilər və makiyaj edə bilər.
Əməliyyatdan sonra yüngül ağrılar ola bilər, ancaq ağrıkəsicilərlə bu ağrıları kəsmək mümkündür.
Ağrı kəsicilər arasında xəstəyə uyğun olanı həkim təyin edir.
Əməliyyatdan sonra təsirlənmiş ərazini hər cür təsirdən qorumaq lazımdır.
2 ay ərzində günəş işığıdan və ağız məşqlərindən qaçınmaq vacibdir.
Alın və alınətrafı gərmə əməliyyatının təsiri qalıcıdırmı?
Əməliyyatın müddəti insandan insana dəyişir. Xüsusilə dəri quruluşundan asılı olaraq əməliyyatın təsirinin ömür boyu davam edə biləcəyini söyləyə bilərik. Bəzi xəstələrdə əməliyyatla əldə edilən görünüş 5 il müddətində qalıcı ola bilir.