Göz qapağı estetik əməliyyatı , həm qadınlar həm də kişilərin ən çox seçdiyi əməliyyat növüdür.
Üzünüzdə və bədəninizdə bəyənmədiyiniz yerləri estetik müdaxilələr ilə istədiyiniz kimi şəkilləndirə bilərsiz. Gün keçdikcə geniş yayılan və böyüyən estetik texnalogiyası bir çox mövzuda istədiyimiz görüntünü əldə etmək üçün imkan yaradır. Göz qapağı sallanması və digər genetik problemləri yaş artdıqca ortaya çıxır. Estetik müdaxilələr ilə göz qapağı problemindən birdəfəlik qurtula bilərsiniz.
Göz qapağı estetiki nədir?
Göz qapağı estetiki,göz qapağı sallanması,göz torbaları kimi problemləri aradan qaldırmaq üçün edilir.Gözlərimizin ətrafında olan və gözü qoruyan dəri çevrəsi,genetik səbəbdən və ya yaş artdıqca formasını itirə bilir.Əsasən göz qapaqlarımızı dəstəkləyən və düşməsinin qarşısını alan əzələlər zamanla zəifləyir.Əzələlərin zəifləməsi ilə yağ toxuması göz qapağının üst və alt hissələrində yığılır.Bu hal gözləri aşağı göstərdiyi kimi torba görünməsinə də səbəb olur.Göz qapağı problemi estetik cəhətdən pis bir görüntü yaratmaqdan başqa,görmə qabiliyətinə də təsir edir. Göz qapaqlarının düşməsi görmə sahəsini daraldır və görmə probleminə səbəb olur. Bu həm də yaşlı və daim yorğun görünmənizə səbəb olur.Bu problemi həll etmək üçün göz qapağı estetiki tətbiq edilir.Göz qapağı estetiki,üz gərdirmə ilə birlikdə və ya digər estetik əməliyyatlarla birlikdə edilə bilər.
Göz qapağı niyə aşağı düşür ?
Göz qapaqlarının sallanmasının müəyyən səbəbləri var.Göz qapaqlarının sallanmasında ən çox görünən səbəbləri :
- Genetik səbəblər
- Yaşlanma
- Ətraf mühit faktoru
- Günəşdə çox qalmaq
- Siqarət,alkaqol və ya yad maddələrdən istifadə
- Yuxusuzluq problemləri
- Düzənsiz və qeyri sağlam pəhriz
- Gərgin iş həyatı
- Daim şüaya məruz qalmaq
Yuxarıda sadalanan səbəblər insandan-insana fərqlənir.Ümumiyyətlə göz qapaqlarının dərisi normal dərimizdən daha incə olduğu üçün ətraf mühit faktorlarından çox tez təsirlənir.Bu səbəbdən göz qapağının sallanması və torbalanması qocalığın ən tez ortaya çıxan təsirlərindəndir.Göz qapaqları ilə bağlı problemlerinizi görməyə başlamısınızsa, artmadan tədbir görmənizi tövsiyə edirik.
Göz qapağı əməliyyatı kimlər üçün edilir.
Göz qapağı əməliyyatı göz qapağında əmələ gələn problemləri aradan qaldırmaq üçün edilən estetik müdaxilədir. Göz qapağı əməliyatı :
- 18 yaşdan böyük olan insanlara edilir.30 yaşdan yuxarı dəri aşağıya doğru sallanmağa başladığı üçün insanlar daha çox bu yaşlarda əməliyyata üstünlük verir.
- Siqaret və alkaqol istifadəsindən dəri sallanan insanlara
- Uğursuz göz qapağı əməliyyatı olunan insanlara
Göz qapağı əməliyyatı necə edilir ?
Göz qapağı estetik əməliyyatı məlum mərhələlərlə edilir.Bu mərhələlər :
- İlk olaraq pasiyent fiziki olaraq müayinə edilir.Fiziki müayinə zamanı pasiyentin şikayətləri nəzərə alınır,sonra göz qapağındakı problemlər müəyyənləşdirilir.Pasiyentə hansı prosedurların aparılacağı bildirilir.
- Yerli keyitmə edilir.
- Anesteziya təsirini göstərdikdən sonra prosedura başlanılır.
- Təxmini 30-50 dq çəkir və göz qapaqlarında olan artıq dəri kəsilir.Sonra isə çıxarılan dəri yenidən planlı şəkildə tikilir.
- Əməliyyatda kəsik və tikişlər üst göz qapağı üzərində edilir.Beləliklə əməliyyatdan sonra qalan iz təbii göz xətti ilə birləşir.Nəticədə təbii görüntü ortaya çıxır.
- Əgər göz qapağında artıq yağ toxuması əmələ gəlibsə,əməliyyat ilə bu artıqlar götürülür.
- Göz qapağı estetikinin təsirini artırmaq və daha estetik bir görüntü üçün bəzi hallarda botoks və ya dəri yeniləmə prosedurları da edilə bilər.
Göz qapağı estetiki haqqında tez-tez verilən suallar ?
Göz qapağı estetik əməliyyatından sonra iz qalır ?
Göz qapağı qaldırma və göz qapağı gərdirmə üçün edilən bu əməliyyata izlər,göz qapağının qıvrımları arasına gizlənir.Əməliyyatdan sonra gözə çarpacaq bir iz görünmür. Alt göz qapağındaki əməliyyat izi isə, kirpik dibinə gizlədilir daha estetik görüntü əldə edilir.
Göz qapağı estetiki qalıcıdır ?
Göz qapağı estetikinin təsiri 8-10 il arası olur.Bu vaxt ərzində təkrar göz qapağı problemləri görünə bilər.Bu halda edilən prosedur təkrarlanmalıdır.
Göz qapağı estetikindən sonra göyərmə,iltihab,şişlik,qızarıqlıq olur ?
Bəli ola bilər.Ancaq bu sağalma müddətində təbii və keçicidir.Belə hallarda əməliyyat bölgəsinə buz tətbiqi edilir.
Göz qapağı estetik əməliyyatının müddəti nə qədərdir ?
Əməliyyat təxmini 30-50 dəq arası olur.Təbii ki bu insanın göz qapağında olan problemlərə görə dəyişir.
Göz qapağı əməliyyatının riski var mı ?
Xeyr hər hansı bir risk görülməyib. Əməliyyatdan sonra ele həmin gün normal heyatınıza davam edə bilirsiniz.
Göz qapağı estetikində yaş həddi var ?
Bəli,var. Estetik əməliyyatlarında yaş həddi +18 dir.Sağlamlıq üçün hər hansı bir risk, qəza vəziyyəti olmadığı müddətdə 18 yaşdan az insanlara əməliyyat məsləhət görülmür.
Göz qapağı estetik əməliyyatının təsirləri.
- Daha gənc bir göz qapağı
- Göz ətrafında daha az qırışıqlıq
- Daha hamar göz altı
- Göz altı torbalarının müalicəsi
Göz qapağı estetiki haqqında.
Məqsəd
Göz qapaqlarındaki artıq dərinin götürülməsi
Əməliyyat müddəti
45-90 dəqiqə
Sağalma müddəti
5-7 gün
Anestezi
Lokal və ya ümumi anestezi
Qalıcılıq müddəti
8-10 il, sonra təkrar edilə bilər
Ağrı olurmu?
Ağrı kəsicilər ilə kontrolda saxlanılır
Əməliyyat riski varmı?
Hər hansı bir risk yoxdur
Nəticə
1 həftə
İz qalırmı?
İz göz qapağı qıvrımına yerləşdiyi üçüç,qalmaz
Göz qapağı estetikinin mənfi və müsbət təsirləri
MÜSBƏT TƏRƏFLƏRİ.
- Göz qapağı estetiki,sizə daha gənc bir görüntü verir,yenilənmiş və oyaq görünmənizə səbəb olur.
- Görmə sahəsinin artması,baş ağrısı və görmə ilə bağlı həyat keyfiyyətinin yaxşılaşmasına səbəb olur.
- Göz qapağı estetiki ümumilikdə 1 saatdan az olur və həmin gün eve buraxılırsız.
- Yerli anestezi altında edilir və rahatlamanız üçün, içmə şəklində dərmanlar verilə bilər.Buna görə prosedur zamanı hiss edəcəyiniz yeganə ağrı anestezik iynədir.
- Təxminən bir həftə ərzində əhəmiyyətli şişlik və göyərmə ilə sağalma olduqca asandır.
- Kəsiklər göz qapaqlarınızın təbii qıvrımlarında edildiyi üçün sağaldıqdan sonra çapıq kimi görünməsi çətin olur.
MƏNFİ TƏRƏFLƏRİ.
- 4-7 gün evdə qalmanıza ehtiyac olacaqdır.
- Şişmə,göyərmə, və göz quruluğu ümumi yan təsirlərdir.
- Nəticələr uzun müddətli olsada, təbii yaşlanma prosesi davam etdiyi üçün 10-15 il sonra göz qapaqlarının estetikası tələb olunur.
- Göz ətrafındakı anatomiya zərifdir və nadir hallarda əzələlərə, sinirlərə və kirpiklərə zərər vermə riski var.
- Üst göz qapaqlarından həddinnən artıq dəri çıxarılarsa, gözləriniz düzgün bağlanmaya bilər.
- Aşağı göz qapaqlarınızdan çox dərini çıxarmaq göz qapaqlarının aşağı düşməsinə səbəb ola bilər.
- Göz qapağı estetikası daha mürəkkəb bir əməliyyat olduğu üçün daha bahalıdır, ümumi anestezi tələb oluna bilər.
- Alt göz qapağı estetikasında göz altı yağının çox götürülməsi, çuxur və tünd halqalara səbəb ola bilər.
Göz qapağı estetikinin qiymətləri haqqında.
Göz qapağı estetik qiymətləri xəstənin problemindən, həkimin təcrübəsindən, kliniki avadanlıqlardan, estetikada istifadə olunan üsullardan asılı olaraq dəyişir. Göz qapağı estetikasının qiyməti haqqında ən doğru məlumatı əldə etmək üçün həkimə müraciət etməlisiniz. Həkim müayinəsindən sonra sizə ediləcək prosedura uyğun olaraq qiymət tayin olunacaq.
Related