Günəşin dəriyə verdiyizərəri bərpa etmək, dəridəki qırışları aradan qaldırmaq üçün hyalüronik asit dolğu inyeksiyalara üstünlük verilir.
Dolğu tətbiqlərində hyalüronik asit ən çox seçilən dolğu növüdür. Hyalüronik asitin ən mühim xüsusiyyəti onun orqanizmdə təbii olaraq qalmasıdır. İnsanlara güvənli dolğu imkanı yaradan hyalüronik asit, dəri altında olan toxumaların dolmasını, beləliklə də daha uzun zaman nəmli görünməsinə imkan yaradan köməkçi bir maddədir. Hyalüronik asit su bazlı mega nəmləndiriciliyə sahib olan maddədir. Dərini sadəcə sağlam deyil,eyni zamanda sıx və gənc göstərir. Hyalüronik asit, bədəndə təbii olaraq bulunduğu üçün dolğu tətbiqləri arasından ən təbii nəticə almaq mümkündür. Qalıcılığı 16-18 ay arasında dəyişən dolğu tətbiqləri anti-aging müalicəsi əhatəsindədir. Antioksidant xüsusiyyətlərə sahib olması baxımından dərini sərbəst radikalların yol açacağı zərərə qarşı da qoruma vəzifəsindədir. Dərinin alt qisminə edilən dolğu maddəsi ilə üzün çökək hissələri doldurulurkən alt qatına da dəstək verir.Dolğu tətbiqində istifadə olunan hyalüronik asitin sahib olduğu antibakteriyal xüsusiyyəti dəridəki yaraların sağalmasını tezləşdirir. Struktur komponenti baxımından dərinin elastikliyini qoruma və dəri cavanlaşdırmada önəmli maddədir. Dolğu proseslərinizdən sonra günlük həyatınıza davam edə bilərsiniz. Dolğu proseduru 30 dəqiqə olur. Prosedurdan sonra yanma və şişmə kimi əks təsirlər ola bilər.Qısa müddət sonra əks təsirlər tamamilə keçir və daha gənc, fresh bir üzə sahib olursunuz.
Dolğu tətbiqi nə üçündür ?
Dolğu tətbiqi sayəsində incə qırışların, çuxurların, yüngül dərəcədə burun və ağız cizgiləri doldurulur. Dolğu tətbiqinin ən avantajlı tərəfi dəridə yara izi olmadan qısa müddət ərzində vurulması və üzə gənc bir ifadə qazandırmasıdır. Dəri altına asan bir şəkildə iynə tətbiq edilir. Burun ucu deformasiya olmayan pasiyentlərə dolğu,burun ucu qaldırma əməliyyatlarında da rahatlıqla istifadə edilə bilər. Dolğu proseduru ən çox dodaqlarda işlənilir,dodaq dolğusu ,dodağın dolğun,parlaq,nəmli və həcmli görünməsi üçün edilir. Dodaq dolğusu prosedurunda pasiyentin istəkləri ilə yanaşı,üz quruluşu da önəmli faktor daşıyır. İnsanın üz quruluşu yaşı dodaq və burun arasındakı məsafənin uzuluğu bütövlükdə nəzərə alınmalı və estetik baxımından ən uyğun dodaq forması qurulmalıdır. Dolğu prosedurunda digər prosedurlarda olduğu kimi hyalüronik asit dolğu maddəsi istifadə olunur. Yaş artdıqca dəridəki kollagen toxuması azalır və dəri altı yağ toxuması da əriməyə başlayır. Bu səbəbdən yanaqdakı həcm azalır. Yanaqlarda sönük və cansız bir görüntü insanda yorğun və yaşlı görüntü yaradır. Dolğu proseduru pasiyentlərin almacıq sümüklərinə dolğun vermək, üz xətlərini gözə çarpacaq və bütün üz yuxarıya doğru çəkilmiş kimi göstərir.
Dolğu proseduru ağrılıdırmı ?
Dolğu proseduru ağrısız və asan bir tətbiqdir.Dolğu proseduru üçün hər hansı bir anestezi təsirli iynəyə ehtiyac yoxdur. Ümumiyyətlə dolğu maddələrinin tərkibində az miqdarda lidokain var. Hər nə qədər dolğu maddəsinin tərkibində keyiləşdirici olsa da əsasən dodaq dolğusunda keyiləşdirici kremdən istifadə olunur. Prosedurun komfortlu ola bilməsi üçün bu tətbiqə ehtiyac var. Üzdəki ən həssas bölgə olan dodaqlar keyləşdikdən sonra dolğu zamanı ağrı olmur. Dolğu edildikdən sonra normal həyatınıza davam edə bilərsiniz. Üz dolğusu 20-40 dəq arası olur, dodaqlarda ola biləcək ödəm və ya şişliklər üçün buz qoyulur. Qalıcılığı 15-18 ay arasında olduğu üçün ən ən çox edilən prosedur dodaq dolğusudur.
Üzdə dolğu hansı bölgələrə edilir ?
Üst yanaqlar və göz yaşı oluğu
Almacıq sümüklərinin gözəçarpacaq dərəcədə edilməsi
Alın bölgəsi
Dodaq kənarı cizgilər
Burun və ağız kənarında mimik hərəkətlərindən yaranan nazolabial cizgilərə
Çənə ucu geridə olanlarda
Alt çənə cizgiləri
Qaşlar (həcm vermək üçün)
Iki qaş arasındakı cizgilərdə
Çökək yara izlərində
Related
Birbaşa yaz
Necə yardımçı ola bilərik?
Əməliyyatlarla maraqlanırdım Estetik burun əməliyyatları ilə maraqlanıram Dolğu botoxla maraqlanıram