Bir çox insan daha estetik üz xətti və cazibədar dodaq istəyir. Bu səbəbdən insanların çoxu dodaq dolğusuna müraciət edir, lakin bəzən yalnız dodaq dolğuları kifayət etmir.
Dodaq dolğusu cəlbedici üz xəttinə və dodaq sahəsinə sahib olmaq üçün yeganə həll yolu deyil. Əslində qalıcı bir həll axtarırsınızsa dodaq liftingi əla seçim ola bilər.
Üst dodaq liftingi xəstənin burnunun aşağı hissəsi ilə üst dodağın sərhədi arasındakı dərini qısaltmaq üçün həyata keçirdiyimiz cərrahi əməliyyatdır.
Məsafə qısalır, üz lazımi nisbətə çatır, dodaq görüntüsü və üst dişlərin görüntüsü ortaya çıxır. Filtr vurğulanır. Prosedur 1 saat çəkir.
Lip lift edənlərdən alınan rəylər instagramdan gördüyümüz kimi əvvəl və sonra fərqi çox yaxşıdır.
Dodaq qaldırma lip-lift əməliyyatı insana daha qadınsı görünüş verir. Bəzən burun və yuxarı dodaq arasındaki məsafə normaldan daha uzun olur,və ya yaş artdıqca ara məsafə uzanır.
Dişlərin heç görünməməsi dodaq quruluşunun aşağıya tərəf olmasıda görünüşə mənfi təsir göstərir.Bunlar bəziləri üçün estetik baxımdan xoş olmayan və insanı yaşlı göstərə bilir.
İnsanlar tez tez dodaq dolğusu ilə bu məsafəni qısaltmağa çalışsalarda, nəticədə irəli uzanan ördək dodaq dediyimiz görüntü ortaya çıxır. Lip liftlə dodaq-burun arası məsafəni qısaldaraq bu problemi aradan qaldırırıq.
Üstəlik qalıcı bir prosedurdur və üst dodağı daha dolğun göstərir. Lip lift əməliyyatı zamanı plastik cərrahınız sizə uyğun olanı planlaşdıra bilər ki, siz istəklərinizə uyğun qalıcı bir görünüş əldə edərsiniz.
Asimetik dodaqlar üçün nə etmək olar
Bəzən asimetrik dodaq problemidə ola bilər. Lip lift ilə məsafə bərabərlşdirilir. Sonra dodağın qırmızı hissəsində olan asimetriya dolğu ilə düzəldilə bilər.
Səbəb nə olursa olsun dodaq qaldırmanın, xəstələr üçün müxtəlif faydalar təmin etdiyi bir həqiqətdir.
Lip lift necə edilir sual verilərsə, bu əslində sadə bir əməliyyatdır. Yerli keyitmə altında həyata keçirilir. Əməliyyatdan sonra evə gedə bilərsiz. Sağalma prosesi olduqca rahatdır.
1-həftə sonra tikişlər sökülür. Tez zamanda izlər bağlanır və 2-3 ay ərzində solğunlaşır.
Related