Lip lift başqa bir adla üst dodaq qaldırma əməliyyatı, dodağa iynə və dodaq implantı ehtiyacını aradan qaldırmaq üçün edilən dodaq böyütmə prosedurudur.
Lip lift başqa bir adla üst dodaq qaldırma əməliyyatı, dodağa iynə və dodaq implantı ehtiyacını aradan qaldırmaq üçün edilən dodaq böyütmə prosedurudur. Dodaqlardakı Vermillion hissəsi (dodaq hissəsi) dar olduqda incə görünür və burun ilə dodaq arasındakı məsafə də buna bağlı olaraq uzun görünür.Üst dodağın böyük olması eyni zamanda cəlbediciliyin əlamətidir.Qadınlar dodaqlarını daha dolğun, böyük və çəkici göstərmək üçün dodaq boyasını daha geniş çəkirlər.Dodaqları bu şəkildə gözə çarpacaq göstərməyə çalışırlar. Düzgün edilməyən makiyaj onları cəlb edici deyil, çirkin göstərir.
Lip Lift yəni üst dodaq qaldırma əməliyyatında qadınların Philtrun Ridge yəni burun ilə dodaq arasındaki bığ hissəsi məsafəsi azaldılaraq dodaqlara mələk qanadı effekti verilir. Dodaq qaldırma və dodaq implantı ehtiyacını aradan qaldırmaq və uzun müddətli bir dodaq böyütmə prosedurudur.
Yaş artıqca dodaqların dolğunluğu və həcmi azalır. Həcmini və dolğunluğunu itirən dodaqlar üzümüzə yaşlı və yorğun ifadə verir. Üst dodaq ilə burun arasındakı məsafə uzanır və üst dişlərin asılmış kimi görünməsinə səbəb olur. Bəzi insanlarda isə genetik olaraq görünən uzun və incə üst dodaq forması üz estetikasını ön plana çıxarmaqdansa arxa plana keçirir. Qadınlar hansı yaşda olursa olsun Lip Lift əməliyyatı ilə mükəmməl qalıcı cəlbedici dodaqlara sahib ola bilərlər. Lip Lift dodaq protezi, dodaq silikonu ya da dolğu proseduru kimi ödəniş tələb edən xərcləri aradan qaldırır.
Lip Lift əməliyyatı üst dodağı hədəfləyən insanın gülümsəməsinin üzə çıxmasına,eyni zamanda dodaqların həcmli və dolğun görünməsinə səbəb olan bir əməliyyat növüdür.Lip Lift ilə üst dodağı incə olan insanlarda alt dodaq ilə bərabər estetik görüntü əldə edilir və həcm artırılır.Lip Lift əməliyyatının tətbiqi son dərəcə komfortludur.Lip Lift əməliyyatında burun ilə üst dodaq arasındakı məsafə toxuma və dərinin bərabər çıxarılması ilə olunur və məsafə qısaldılır.Artıq dəri çıxarıldıqdan sonra kəsik yeri birləşdirilərək tikilir.Kəsik hissə qatlar şəklində bağlanır və kifayət qədər dodağın gücünü saxlanılması üçün dərinin altına tikişlər qoyulur.Dərin tikişlərin dəri altına yerləşdirmə tətbiqindən sonra kəsik hissə birləşdirilərək dəri kənarları səliqəli şəkildə tikilir.Lip Lift ilə Cupid yayı (üst dodaqda olan iki təpə nöqtəsi ) təkrar şəkilləndirilərək dodaq üstü ilə burun altı məsafəsi yenidən müəyyən edilir.Bir çox estetik cərrah bu bölgənin ideal ölçüsünü 12-15 mm arasında olduğunu fikirləşir.Lip Lift ilə bu hissədəki əzələlər yığılaraq üst dodaq yenidən şəkilləndirilir.Şəkilləndirmə prosesi 1 saat çəkir və yaxşılaşma vaxtı 5-7 gün arasında dəyişir.
Lip Lift əməliyyatının dörd fərqli üsulu var.
Bullhorn dodaq qaldırma
Hər yaşda insanlar tərəfindən populyar texnikadır.Üst dodaq və burun arasındakı məsafəni azaldır.Son olaraq dodaqlar gözə çarpacaq şəkildə böyüdülür və üz estetiki balanslaşdırlır.
Corrium
Daha əvvəl çıxarılmış dəri parçasını xəstənin daha dərin strukturlarına yerləşdirilərək dodaqları böyüdür.
Gulwing dodaq qaldırma
Dodağın üst hissəsində olan dəri zolağını qaldırır.Tikiş sonrası dodaq daha həcmli və daha dolğun görünür.Çox dar dodaqlı xəstələr üçün məsləhətdir.
Dodaq kənarlarını qaldırma
Dodaq kənarlarını qaldıraraq üzü daha xoş hala gətirir.Dəri sadəcə dodaqların qıraq hissələrindən çıxarılır.
- Lip Lift qalıcı təsiri
- Çox gözə çarpan dodaq
- Üst dişləri vurğulamaq
- Mütənasib və balanslaşdırılmış üz xətləri
- Daha estetik simmetrik gənc üz
- Üst dodaq və burun məsafəsinin azaldılması
Lip Lift kimlərə uyğundur ?
Lip Lift Tətbiqi hər yaşda kişi və qadın üçün uyğun prosedurdur.Üst dodaqların incəliyindən şikayət edən,burun və dodaq arasındakı Məsafənin uzun olmasından narazı olan və dodaqlarını böyütmək istəyən insanlar üçün uyğun prosesdir.
Birbaşa dodaq qaldırma
Mələk qanadı şəklində edilən dodaq qaldırma olaraq da adlandırılan birbaşa lip lift,daha gözə çarpan dodaq sərhədi yaradır.Yuxarı dodaq birləşməsindən incə dəri zolağı çıxarılır və dəri yuxarı çəkilir,çox gözə çarpan böyük üst dodaq şəkili yaradılır.
Subnazal lip lift-subnazal dodaq qaldırma
Burun altı buğa buynuzu şəklində edilən daha çox yayılmış lip lift əməliyyatlarından biridir.Əsasən izlərin daha az görünməsi üçün kəsik burun dibində aparılır.Kəsik adətən buynuz şəklində edilir və dodağın ortası,sağı və solu təmamilə buruna doğru birlikdə çəkilir.Üst dodaq xaricə doğru çevrilir.İzlər burun dibində gizlənir və zamanla görünməz olur.
Sentral Lip lift
Sentral dodaq qaldırma, subnazal öküz buynuzu şəklində edilən dodaq qaldırma əməliyyatına bənzəyir. Burnun biraz altından əlavə kəsiklə burun və dodaqlar arasındaki məsafə qısalır.
Künc Lip Lift
Künc dodaq liftinqi bəzən üzə daha gülən bir görünüş verdiyi üçün “ grin lift”adlanır. Ağzın hər iki küncündə iki kiçik kəsik aparılaraq və az miqdarda dərinin çıxarılması ilə həyata keçirilir.Dodaq kənarlarının aşağı düşdüyünü hiss edən insanlar üçün bir seçimdir.
İtalyan dodaq liftinqi
İtalyan dodaq liftinqi,buğa buynuzuna çox bənzəyən hər bir burun dəliyinin altında iki kəsik aparılır.Əsasən gözlə görünən yara izi olmur.
Dodaq qaldırma əməliyyatında bərpa müddəti
Liplift əməliyyatından sonra yuxarı dodaq nahiyəsində ilk 72 saat ərzində ödəm və şişkinlik əmələ gəlir. Soyuq buz və soyuq kompres tətbiq etməklə bölgədə şişkinliklər azaldılır.Əməlliyat sonrası ağrıya qarşı ağrı kəsicilərdən istifadə olunur. Lip lift əməliyyatının sağalma müddəti insandan insana fərqli olsada,ümumiyyətlə 5 ilə 7 gün arasında davam edir.Burun altına qoyulan tikişlər 5 gün sonra çıxarılır.
Lip Lift tətbiqinə ehtiyac var mı ?
Lip Lift əməliyyatının məqsədi üst dodağı buruna yaxınlaşdıraraq daha dolğun,cazibədar və həcmli görünüş yaratmaqdır.Bu proseslə üst dişlərin görünməsi və dodaq quruluşunun estetik görünüşü daha da ortaya çıxır.Dodaq protezlərinin yaratdığı süni görünüş yerinə daha çox gənc xəstələrdə dodaq qaldırmaya üstünlük verilir.Yaşlı xəstələrdə incəlmiş və azalan üst dodaq quruluşunu bərpa edərək daha dolğun görünüş vermək məqsədə uyğundur.Lip Lift tətiqindən hər yaşda olan kişi və qadın xəstələr rahatlıqla faydalana bilərlər.
Lip Lift nə edir?
- Burun və üst dodaq arasındakı məsafə qısaldılması
- Dodaqlarda olan qırışların aradan qaldırılması
- Dodaqlara həcm və dolğunluq əlavə etmək
- Dolğu maddələrinə ehtiyac azalır.
- Üst dişlər daha görünən olur.
- İki dodağın arasındakı qövsvari xəttin yuxarıya doğru çəkilməsi
- Çəhrayı ağ dodaqlarda həcm artımı
- Dodaq künclərində incə yaxşılaşdırma
Related