Şəlpə qulaq əməliyyatı (Otoplastika) nədir?
Otoplastika qulaq estetik əməliyyatıdır. Qulağa yeni forma verilərək daha təbii və estetik görüntü əldə edilməsidir.
Şəlpə qulaq əməliyyatı (Otoplastika) kimlərdə icra olunur?
Otoplastika qulaq formasından məmnun olmayan hər kəsə edilə bilər. Xəstələri narahat edən böyük və şəlpə qulaqlar otoplastika ilə daha təbii və xəstəni məmnun edən formaya salına bilər. Xüsusilə məktəb yaşından əvvəl, 5 yaşdan icra oluna bilər. Məktəbdə şəlpə qulaq uşaqlar arasında lağ mövzusu olaraq uşağın psixoloji vəziyyətinə mənfi təsir edir.
Şəlpə qulaq əməliyyatı (Otoplastika) texnikası, fəsadları, müalicəsi necədir?
Otoplastika əməliyyatı ümumi və yerli anesteziya ilə icra oluna bilər. Əməliyyat müddəti 1-1.5 saat arasında dəyişir. Qulağın arxasından edilən kəsik vasitəsilə bəzi tikiş texnikalarından istifadə edilərək qulağa istənilən forma verilə bilər. Qulağın vəziyyətinə görə lazım gələrsə qığırdaq kəsilərək təbii estetik forma verilir. Əməliyyatdan sonra qulağın arxasındakı kəsik tikişlərlə bağlanır. Qulağın arxasında olduğu üçün nəzərə çarpmayan və narahat etməyən zəif bir çapıq ola bilər.
Əməliyyat zamanı və əməliyyatdan sonra sarğılar steril saxlanılarsa,infeksiya əlamətləri müşahidə olunmayacaq.
Xəstə üçün istifadə edilən tikişlər uyğun və keyfiyyətli olduqda qulaqda açılma,çıxıntı və deformasiya olmaz.
Əməliyyat zamanı qanama kontrolu yaxşı edilərsə və əməliyyatdan sonra yaxşı sarğı qoyularsa və müşahidə aparılarsa hematoma(qan yığılması) müşahidə olunmur.
Otoplastika əməliyyatından sonra xəstə baxımı necə olmalıdır?
Hər əməliyyatda olduğu kimi əməliyyat sonrası baxım çox önəmlidir və yaxşılaşma müddətinə təsir edir.
- Əməliyyatdan sonra günaşırı sarğı və kontrollar 10-14 gün arası davam edir.
- Xəstə sosial həyatına əməliyyatdan 1-2 gün sonra dönə bilər.
- Xəstə 3-4 gün sonra duş ala bilər. Ancaq yara sahəsi (nəm) qalmamalıdır.
- Əməliyyatdan sonra 1 həftə elastik saç bandajı gecə-gündüz taxılır, 2-ci həftə ancaq gecələr taxılır.
- Əməliyyat sahəsi zərbədən qorunmalıdır və üstündə yatılmamalıdır.
- Dar boğazlı paltarlar geyilməməlidir.
Otoplastikadan sonra diqqət edilməsi lazım olanlar:
Otoplastika sonrası xəstə baxımının önəmli olması ilə yanaşı, diqqət edilməsi lazım olanlar da bir o qədər vacibdir.
- Qulaq önə və geriyə qatlanmamalıdır.
- Uşaqların əməliyyatında gecə yatarkən qulaq bağlanmalıdır.
- Eynək 2-ci həftədən istifadə oluna bilər.
Yara sahəsinə 3 həftə antiseptik çəkilməlidir.
Related