Xidmətlər

Estetik cərrahiyyə

Alın və alınətrafı gərmə

İnsanın yaşını ən çox göstərən üz bölgələrindən biri də alın və ətrafıdır. Bu nahiyədə bəzən genetik faktorlara, bəzən də stress kimi faktorlara görə qırışlar yarana bilər. Bu vəziyyətdə alın və alınətrafı gərmə əməliyyatı lazım gəlir. İnsana daha gənc görünüş vermək üçün tətbiq edilən əməliyyatdan 40 yaşdan yuxarı bir çox insan faydalana bilər.

Badam göz estetik əməliyyatı

Badam göz əməliyyatı son vaxtlar ən çox seçilən əməliyyatlardan biridir. Gözləri daha maili və eyni zamanda daha cazibədar göstərmək üçün edilir. Kantoplastika adlanan bu müdaxilə zamanı göz qapaqlarında və göz qapaqlarının ətrafında olan sallanmalar da aradan qaldırıla bilər.

Boyun gərmə

Yaşlandıqca dərialtı elastin və kollagenin dartınaraq miqdarının azaldıqda artıq dəri öz sıxlığını itirir. Zamanla əzələ və piy toxumasının sıxlığının azalması səbəbindən dərinin sıx strukturu pisləşir, dəri ilə sümük toxumasının xarici hissəsini təşkil edən periosteum (sümük pərdəsi) arasındakı məsafə artır.

Burun hamarlama əməliyyatı

Ölkəmizdə və dünyada edilən estetik əməliyyatların başında burun əməliyyatları gəlir. Xüsusilə burun körpüsünün çıxıntısı həm kişiləri, həm də qadınları narahat edən estetik problemdir. Bəzən deyə bilərik ki, bu estetik şikayətlərə nəfəs ala bilməmək kimi şikayətlər də əlavə olunur.

Burun çəpəri əyriliyi əməliyyatı

Burun çəpəri adlanan hissə burnun ortasında yerləşən və burun boşluğunu iki yerə ayıran hissədir. Bu hissənin arxa hissəsi sümükdən ibarətdir. Normalda hər iki burun boşluğunun eni eyni olmalıdır.

Buxaq əməliyyatı

Bəzən genetik faktorlar, bəzən də çəkinin artma və azalma səbəbiylə əlaqəli olaraq buxaq nahiyəsində piylənmə meydana gəlir. Yaş artdıqca bu piylənən yer sallanmağa başlayır.

Çənə cərrahiyyəsi

Son dövrün ən məşhur estetik müdaxilələrindən biri də çənənin estetik əməliyyatıdır. İlk öncə həkim xəstənin nə istədiyini çox yaxşı müəyyən etməlidir. Bu yolla qənaətbəxş nəticə əldə etmək mümkün olur.

Qulaq estetikası

Qulaqların qabarıq görünüşünü aradan qaldırmaq üçün edilən əməliyyata otoplastika deyilir. Qulaqların formasını düzəldən estetik əməliyyatdan təkcə uşaqlar deyil, böyüklər də faydalana bilər.

Gözaltı torbaların müalicəsi

Alt və üst göz qapaqlarının torbalanması insanın özündən həm yaşlı, həm də yorğun görünməsinə səbəb olur. Bu gün bu problemdən şikayətlər olduqca çoxdur. Bəzən yalnız üst, bəzən isə yalnız alt göz qapağı torbaları həddindən artıq ola bilər.

Qaş qaldırma

Yaş artdıqca üz nahiyəsində bəzi dəyişikliklər baş verir. Dərinin elastikliyini itirməsi qırışlara və sallanmalara səbəb olur. Yaşlanmanın ilk əlamətləri alında və qaşlarda görünür.

Qəmzə estetik əməliyyatı

Aydındır ki, yanağında qəmzə olan insanlar daha cəlbedicidir. Müəyyən mimik hərəkətlərdə görünən yanaqdakı çuxurlar artıq sonradan əldə edilə bilər.

Qol gərmə

Yaşlanma və ya çəki artımı kimi bir çox fərqli faktordan asılı olaraq zamanla qol nahiyəsində dəri sallanması görünə bilər. Bu, həm kişilərin, həm də qadınların yaşadığı problemlərdən biridir.

Üçbucaq üz estetik eməliyyatı

Üçbucaqlı üz forması olan insanlar həmişə daha gənc görünürlər. Kvadrat və ya tam yanağı böyük olanlar öz yaşlarından daha yaşlı görünürlər. Bu səbəbdən üzə üçbucaqlı forma vermək üçün estetik əməliyyatlardan faydalananların sayı son illərdə artmaqdadır.

Yağ inyeksiyası

Bu gün estetik cərrahiyyədə ən çox istifadə edilən üsullardan biri də yağ inyeksiyasıdır. Bir çox fərqli məqsədlər üçün istifadə edilə bilən bu üsul xüsusilə cavanlaşmaq istəyənlərin diqqətini çəkir.

Yanaq estetikası

Üzün estetik və gözəl görünməsində təsirli olan bölgələrdən biri də yanaqlardır. Aydın xətləri olan nazik üz ideal üz tiplərindən biri hesab olunur.