Tez - tez verilən suallar

Sual- cavab

LOR haqqında

Estetika haqqında

Damaq badamcıqları limfoid toxumadır. Yəni orqanizmdə limfoid toxumaların vəzifəsi mikrobları tutub məhv etməkdir. Damaq badamcıqları infeksiyon xəstəlik zamanı mikroblar ilə mübarizə aparır, irinləyir, şişir, qızarır və orqanizmin digər müdafiə sistemi temperatur da buna qoşulur.

Damaq badamcığı kapsul içərisində yerləşmişdir və infeksiyaları özündə tutub saxlayan badamcığı sildiyiniz zaman infeksiyaları oradan bütün orqanizmaya yaymış olursunuz ki, bununla da orqanizmin müdafiə mexanizmini pozmuş olursunuz. Bu səfər infeksiya bütünlüklə orqanizmə yayılır.

Silən zaman temperatur niyə mi enir? Çünki infeksion badamcıqdan uzaqlaşdığı üçün orqanizmin digər müdafiə mexanizmi olan temperatur enməyə başlayır. Lakin görəcəksiniz ki, bu müvəqqəti bir vəziyyətdir, infeksion orqanizmə yayıldığı və orqanizmdən xaric olunmadığı üçün temperatur yenidən yüksəlməyə başlayacaqdır.

Badamcıqların son bir il içində ən azı 5 və daha çox, son iki ildə ard-arda ildə ən azı 4 dəfə və ya son 3 ildə ard-arda 3 dəfə xəstələnməsi;

Tənəffüsü və udmanı əngəlləyəcək qədər büyük olması;

Tez-tez boğazın xəstələnməsi ilə birgə xəstə olmadığı zamanlarda belə boğazında beta mikrobunu daşıması;

Boğaz ətinin kəskin oynaq revmatizması, revmatizmaya bağlı ürək xəstəliyi və nefrit deyilən böyrək xəstəliyinə səbəb olması;

Badamcıqlardan birinin digərinə nisbətdə nəzərə çarpacaq qədər böyük olması;

Badamcıq üzərindəki boşluqlara qalıcı olaraq yerləşən, ağızda pis qoxuya səbəb olan magma adı verilən badamcıq daşlarının olması;

Tez-tez badamcıq iltihabına bağlı yüksək bədən temperaturunun olması;
Bu şikayətlərin birininin və ya bir neçəsinin mövcud olması boğaz əti əməliyyatına göstəriş ola bilər.

Böyümüş burun əti ilk öncə burun tənəffüsünü pozur və bunun da nəticəsində beyin lazımı oksigeni ala bilmir və nəticədə uşaqlarda zehni inkişaf pozğunluğuna, yuxu pozğunluğuna, tın-tınlı danışığa və s. səbəb olur. Bundan əlavə böyümüş adenoid aşağıdakı problemlər yaradır:
Qulaq iltihabı, eşitmə zəifliyi (eşitmə zəifləməsi bəzən ana-ataların hiss edəməyəcəyi səviyyədə olur, ancaq ən çox da xəstəni həkimə götürən səbəbdir);
Çənə və üz sümüklarının inkişaf pozğunluğu;
Burun axıntısı səbəbi ilə boğaz iltihabı, öskürək meydana çıxır.
Baş ağrısı;
Sinusit və s. xəstəliklərin yaranmasına səbəb olur.

3 yaşdan aşağı uşaqlarda çox vacib olmadıqca badamcıq əməliyyatı edilməməlidir. Ancaq bəzi təcili vəziyyətlərdə bu yaş həddinin nəzərə alınmadığıda nəzərə alınmalıdır. Uşaqlarda nəfəs almaya maneçilik törədən böyük badamcıqlar və ya badamcıq qanaması kimi vəziyyətlərdə badamcıq əməliyyatının yaş həddi yoxdur. Burun əti əməliyyatında isə hər hansı yaş həddi yoxdur. Lazım olduğu zaman əməliyyat edilə bilər.

Sinuzitdən birdəfəlik əməliyyat etdirməklə qurtula bilərsiniz

Estetik burun əməliyyatında ğöyərmənin şişmənin əsas səbəbi osteotomiya dediyimiz burun sümüklərinin qırılması prosesidir. Burunu şəkilləndirmək üçün burun sümükləri çəkic iskənə və ya müxtəlif motor sistemlərdən istifsdə edilməklə qırılır. Bu zaman sümüklərlə yanaşı orada olan yumşaq toxumalar eləcə də xırda damarlar da zədələnir və nəticədə qansızma olur. Bu isə əməliyyatdan sonra göyərmə və şişkinliyin əmələ gəlməsinə səbəb olur.
Piezo Bizi və pasiyentlərimizi bu əntişədən qurtardı. Belə ki, indi biz sümükləri qırmırıq piezo vasitəsilə ultrasəs dalğaları ilə kəsirik. Bu zaman yumşaq toxumalar damarlar sinirlər heç bir zədə almır. Piezo yalnız sərt toxumanı yəni sümüyü kəsir, yumşaq toxumaları, damarları isə zədələmir. Nəticədə əməliyyatdan sonra göyərmə və şişkinliklər yox deyiləcək qədər az olur. Bu da əməliyyatdan sonrakı dövrün daha rahat keçməsinə, pasiyentlərin normal iş həyatına və sosial çevrəyə daha tez dönməsinə səbəb olur.

Burun estetik əməliyyatlarında sümük və qığırdaq toxumasının inkişafının tamamlanmasını gözləmək lazımdır. Bu tamamlanma yaşı adətən oğlanlarda 18, qızlarda 17 yaşdır. Lakin bəzi istisnalarda xəstənin burun formasına, quruluşuna bağlı nəfəs almasında da ciddi problemlər varsa, xəstənin burun formasına bağlı olaraq ciddi psixolojik problemləri varsa, qığırdaq və sümük toxumasının təbiiliyini maksimum qoruyacaq şəkildə daha erkən yaşlarda da əməliyyat mümkün ola bilər.

2 həftə ərzində fiksasiya bandajı tətbiq olunmalıdır;
İlk 7 gündə sulu yemək yemək lazımdır. Sonra tədricən çeynəmək lazım olan yeməklərə keçmək olar;
Tam sağalana qədər çox bərk qidalardan istifadə etmək tövsiyə olunmur;
İlk ayda idmandan və digər ağır işlərdən imtina etmək lazımdır;
Dik yastıq şişkinliyi minimuma endirməyə kömək edəcək;
Ağız gigiyenasına əməl etmək və pis vərdişlərdən (siqaret və s.) uzaq durmaq vacibdir.

• Dəri sallaqlığı və atoniyası;
• Əzələ və fasiya düşüklüyü (sallaqlığı);
• Bilinən (görünən) burun-dodaq qatları;
• İkiqat buxaq (çənə altı);
• Yanaqların sallaqlığı və s.