Yaşın artması ilə birlikdə əmələ gələn mimik cizgiləri botox tətbiqi ilə aradan qaldırılır. Botox tətbiqi,FDA təsdiqi almış asan və güvənli bir prosedurdur.
Botox proseduru cərrahi üsulla müqayisədə qısa müddətdə istənilən nəticəni təmin etdiyi üçün daha çox üstünlük verilir. Təxminən 20 ildir ki,tibb aləmində müxtəlif müalicələrdə istifadə edilən botox tətbiqi müvəqqəti,lakin qənaətbəxş bir görünüşə sahib olmanızı təmin edir. Ən çox tətbiq olunan yerlər alın qırışları, qaşların arası, göz ətrafı qaz ayağı və boyun nahiyəsidir.
Botox Nədir
Botox estetik cəhətdən daha gənc və hamar görünən bir dəriyə sahib olmaq istəyənlərin deyil,müxtəlif dəri narahatlığı səbəbi ilə yaranan problemlərdən xilas olmaq istəyənlərin də istifadə etdiyi bir üsuldur.Gün ərzində hamımız üz mimiklərimizdən istifadə edirik.Üzümüzdə minlərlə mimik əzələ var,mimikanın istifadəsinə görə üzümüzdə qırışlar əmələ gəlir və yaşımızdan daha böyük görünürük. Botox tətbiqi yaşla birlikdə görünən mimik cizgilərini ortadan qaldırır.
BOTOX NÖVLƏRİ
Botoksun tətbiq sahəsinə və texnikasına görə müxtəlif növləri var. Botoks adətən üz bölgəsinə tətbiq olunur. Təbii ki, müxtəlif səbəblərdən bədənin müxtəlif hissələrinədə tətbiq oluna bilər. Ancaq botoksun ən çox edildiyi və ən yaxşı təsirin görüldüyü yer üzdür. İstifadə olunan botoks tətbiqlərini sıralayaq;
QAŞ ARASI BOTOKS
Qaşları davamlı çatan insanlarda, qaş arasındakı əzələ çox güclü olduğu üçün dərin cizgilər əmələ gəlir. Xüsusilə qaş arasındakı dərin iki cizgi ortaya çıxır. Bu cizgilər dərinləşmədən botoks ilə müdaxilə edilə bilər. Dərin qaş arası cizgiləri dolğu ilə səthi edilə bilər.
ALIN BOTOKSU
Alın cizgiləri üz mimikaları ilə əlaqəlidir və üzümüzdə əsasən danışarkən özümüzdən asılı olmayaraq etdiyimiz mimik hərəkətlər alın cizgilərinin yaranmasına yaşlandıqca dərinləşməsinə səbəb olur. Alın botoksu tez zamanda minimal olaraq tətbiq edildikdə mimikalar itmir və alın qırışlarını görünməz edir,eyni zamanda dərinləşməsinin qarşısını alır.
ÇƏNƏ BOTOKSU
Çənə bölgəsində olan deformasiyaları düzəltmək üçün edilir. Çənə yan tərəflərdə yerləşən masseter əzələlərinin diş qıcama və tək tərəfli çeynəmə səbəbi ilə böyüməsini kiçiltmək mümkündür. Bu tək tərəfli böyümə üzün simetriyasını pozur. Çənənin ürək şəklində görünməsi üçün tez-tez üstünluk verilir.
ÇƏNƏ BOTOKSUNUN ÜSTÜNLÜKLƏRİ
- Proses zamanı hər hansı bir cərrahi əməliyyat olunmur. Buna görə olduqca rahat və ağrısız bir prosesdir.
- Prosesdən sonra diş qıcama pobleminiz aradan qalxır.
- Çənənin yana doğru genişlənməsi incəlir.
- Daha cəlbedici və estetik bir görüntüyə sahib olursunuz.
QOLTUQ ALTI BOTOKSU
Genetik və hormonal problemlərə görə bəzi insanlarda çox tərləmə problemi olur. Çox tərləmə problemi insanda özünə inamı itirir, cəmiyyət arasında narahatlığa səbəb olan bir xəstəlikdir. Çox tərləmə problemini botoks yöntəmi ilə aradan qaldırmaq mümkündür.
Qoltuq altına edilən botoks hədsiz tərləməni aradan qaldırır. Botoksun təsiri tər vəzlərinin ifrazını məhdudlaşdırır. Eyni zamanda botoks sayəsində çox tərləməyə səbəb olan tər vəzi əzələlərini zəiflədir. Prosedur 15-20 dəqiqə olur. Botoks 4 ay müddətində tərləmənin qarşısını alır. Təsir müddətini artırmaq üçün təkrarlamaq lazımdır.
GUMMY SMİLE BOTOKSU
Gün ərzində tez-tez gülürük.Çox insanların düzgün ağız və diş quruluşunun olmadığını düşündükləri üçün cəmiyyət içərisində rahat gülmürlər.Əsasən diş ətlərində olan problemlərə görə rahat gülməyən insanlar var.Güldüyünüz zaman diş ətlərinin görünməməsi və ya estetik görünməsini istəyirsinizsə GUMMY SMİLE botoks tətbiqini edə bilərisiniz.Qüsursuz və cəlbedici bir gülüşə sahib olmaq üçün 15 dəq bir prosedur yetərlidir.
Gummy Smile botoks ilə üst dodaq əzələlərinə botoks tətbiqi üst dodağın aşağı doğru enməsinə səbəb olur.Ancaq dodaq-burun arası məsafəni bir miqdar uzun göstərə bilər.
Nefertiti botoksu
Boyun hissəsini daha uzun və çənə xəttini daha kəskin görünməsinə səbəbdir.Bu prosedur adını Misir dövründən almışdır.Misir zamanında uzun boyun və kəskin çənə xətti görüntüsünə Nefertiti deyilirdi.Çənə və boyun xəttinin yenidən şəkilləndirilməsi təmin edilir.
Baby Botox
Baby botox prosedurunda məqsəd təbii bir görüntü əldə etməkdir.Bu səbəblə botoksun dozası daha az istifadə edilməlidir.Belə ki, gənc yaşlarda bu proseduru eletdirməklə mimiki qırışları azalda,istədiyiniz üz cizgilərinə sahib ola bilərsiziniz. Botoks tətbiqini qısa zamanda təkrarlamaq lazım ola bilər.
Botoksun təsir mexanizması
Botox tətbiq olunduğu nahiyədə iflic effekti yaradır.Tam olaraq əzələyə deyil, tətbiq edilən nahiyənin 1-2 sm ətrafına təsir edir. Üz ineksiyalarında mimik əzələlərin hərəkətini məhdudlaşdırır və dərin qırışların yaranmasının qarşısını alır. Ancaq pasiyentin dərin qırışları varsa,o yalnız bu qırışları yüngülləşdirə bilər,tamamilə aradan qaldırmaz.Bununla yanaşı dolğu proseduru da tətbiq edilərsə dərin qırışlar səthi ola bilər.Clostridum Botulinum bakteriyasından istehsal olunan təbii protein toksinidir və dinamik qırışlara səbəb olan əzələləri müvəqqəti iflic edir,qırışları aradan qaldırır.İncə və çox dərin olmayan qırışları aradan qaldırmaq üçün istifadə olunur,daha dərin qırışlar varsa,onların yüngülləşməsinə kömək edir.
Botox prosedurunun mərhələləri
- Bütün estetik prosedurlardan əvvəl fiziki müayinələr aparılmalıdır.Fiziki müayinələr zamanı pasiyentin sağlamlıq tarixi və mövcud estetik görünüş problemləri müəyyən edilir.
- Daha sonra qan durulaşdırıcı dərman istifadəsi və ya allergiyanın olub olmadığı müəyyən edilir.
- Daha sonra pasiyentin isteyinə görə inyeksiya ediləcək sahə müəyyən edilir.
- Ediləcək botoks tətbiqi klinika şərtləri daxilində həkim tərəfindən edilməlidir.
- Prosedurdan əvvəl tətbiq zamanı yarana biləcək ağrıları minimuma endirmək üçün həmin nahiyəyə anistezik krem çəkilir,lokal anesteziya edilir.
- Botoks tətbiqi çox incə iynə ilə edilən bir prosedurdur.
- Botoks tətbiqindən sonra yerinə buz kompresi edilir,beləliklə prosedur sonlandırılır.
BOTOKSDAN SONRA SAĞALMA MÜDDƏTİ
Botoks tətbiqindən sonra pasiyent 30 dəqiqə nəzarət altında saxlanılır, hec bir problem olmasa,pasiyent evə buraxılır.Sağalma müddətində diqqət edəcəyiniz nüanslar var. Üz şəklinizin istədiyiniz kimi olması və botoks tətbiqinin uğurlu olması üçün diqqət edəcəyiniz nüanslar;
- Üz üstə uzanmaq olmaz
- İlk gün üzünüzə su vurmamalı,hərhansı bir peeling kimi prosedurlar olunmamalı.
- Həkiminizin razılığı ilə buz tətbiqi olunmalı
- İlk günlər üzünüzə makiyaj və ya kimyəvi məhsullar vurmamağa diqqət etməlisiniz.
- Botoksun tam təsiri 2 həftə əzində özünü göstərir.
- İlk günlər üzünüzdə, tətbiq sahəsində şişkinlik olması normaldır
Botoks kimlərə olunmalıdır
Estetik etdirənlərin 91,4%-i qadınlardır. Bununla belə əvvəlki illərə müqayisədə plastik əməliyyat etdirən kişilərdə ciddi artım var. Son illərdə ölkəmizdədə botoks etdirən kişilərin sayı hər gün artmaqdadır. Hər sahədə görünüşünə fikir verən minlərlə qadın və kişi, qırışıqlıqları azaltmaqda botulinum toksinin təsirindən faydalana bilər.
- Alın ətrafı qırışlar
- Dodaq ətrafı qırışlar
- Göz ətrafı qırışlar
- Qoltuq alti tərləmə
- Gülərkən diş əti görünməsi
- Qaş arası dərin qırışlar
- Diş qıcama
- Tək tərəfli çənə böyüməsi
- El və ayaq tərləməsi
Related